Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıb
Dünya15:1823 iyun, 2022

Bu qərar Moldova Parlamentinin iclasında qəbul edilib

Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıb
Bizi-da oxuyun

Moldova Parlamenti iyunun 24-də başa çatacaq fövqəladə vəziyyət rejimini Ukraynadakı vəziyyətlə əlaqədar daha 45 gün uzadıb.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu qərar Moldova Parlamentinin iclasında qəbul edilib.

“Faktlar göstərir ki, qonşu ölkədə hərbi əməliyyatlar səngimir. Odur ki, Moldova Respublikası üçün təhlükəsizlik, o cümlədən iqtisadi, enerji, humanitar və hərbi risklər qalır. Bu vəziyyətdə fövqəladə vəziyyət rejiminin uzadılmasını məqsədəuyğun hesab edirik”, - Moldovanın Baş naziri Natalya Qavrilitsa deputatlar qarşısında çıxışında bildirib.

Fikriniz