Bakı 16˚C Partly sunny

Monteneqrolu futbolçu: "Qəbələ" Bakıda oynamayan yeganə top-komandadır"

İdman 12:56 03 iyl, 2022

34 yaşlı arxa xətt oyunçusu "qırmızı-qaralar"ın avrokubok təcrübəsinin olduğunu bildirib

Monteneqrolu futbolçu: "Qəbələ" Bakıda oynamayan yeganə top-komandadır"

"Qəbələ"nin keyfiyyətli oyunçuları var. Braziliyalılar - Ruan Renato və Rafael Utziqi, həmçinin, albaniyalı yarımmüdafiəçi İsnik Alimini fərqləndirərdim".

Qazet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın sabiq futbolçusu Miyuşko Boyoviç "Qəbələ"nin Macarıstan "Fehervar"ına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

2017 - 2019-cu illərdə Macarıstan "Uypeşt"ində çıxış etmiş monteneqrolu müdafiəçi komandaların şanslarını dəyərləndirib. 34 yaşlı arxa xətt oyunçusu "qırmızı-qaralar"ın avrokubok təcrübəsinin olduğunu bildirib: "Qəbələ" Bakıda oynamayan yeganə top-komandadır. Klubun avrokuboklarda iştirak təcrübəsi var. Əvvəllər Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Amma əvvəlki heyət və oyunçular indi yoxdur. Zəif oynadıqları mövsümlər olub. Amma geridə qalan çempionatda çox yaxşı təsir bağışladılar. Mövsüm ərzində sabit oynadılar".

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.