Moskvada müəmmalı qətl - Keçmiş bank meneceri ailəsi ilə birgə qətlə yetirildi
Dünya17:5626 oktyabr, 2021

“Smolensk Bank”ın keçmiş top meneceri Mixail Yaxontov və onun ailə üzvləri qətlə yetirilib

Moskvada müəmmalı qətl - <span style="color:red">Keçmiş bank meneceri ailəsi ilə birgə qətlə yetirildi</span>
Bizi-da oxuyun

Rusiyanın paytaxtı Moskvada müflis olmuş “Smolensk Bank”ın keçmiş top meneceri Mixail Yaxontov və onun ailə üzvləri qətlə yetirilib.

Qazet.az xəbər verir ki, bu barədə “TASS” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Qətlə yetirilənlər Mixail Yaxontov, onun həyat yoldaşı və 8 yaşlı oğludur. Hazırda qətlin motivi və təfərrüatları araşdırılır. Bir neçə versiya, o cümlədən maliyyə variantı nəzərdən keçirilir”, - açıqlamada vurğulanıb.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, oktyabrın 26-da günorta saatlarında Mosfilmovskaya küçəsindəki yaşayış binasında yerləşən mənzildə üzərlərində zorakılıq əlamətləri olan qadın, kişi və azyaşlı uşağın meyitləri tapılıb. Kişinin 57, qadının 39, uşağın isə 8 yaşı var.

Mənbə

Fikriniz