Bakı 15˚C Mostly sunny

Piknik üçün ən ideal alternativ: Qarğıdalının 8 FAYDASI

Maraqlı 13:45 18 iyn, 2022

Xüsusilə qocalıq dövrü üçün indidən kifayət qədər qarğıdalı istehlak etmək ağıllı bir investisiyadır

Piknik üçün ən ideal alternativ: Qarğıdalının 8 FAYDASI

Qarğıdalı Meksika və Mərkəzi Amerikadan gələn bir bitkidir. Qəhvəyi, bənövşəyi və qırmızı dənəli növlərİ olsa da, ən çox tanınan və çox istehlak edilən sarı dənəli növdür. Sarı qarğıdalı əsasən salatlar və yeməklərdə istifadə olunur. 


Sadəcə yediyiniz və xoş qəlyanaltı kimi gördüyünüz qarğıdalının faydalarından xəbəriniz varmı?

Qazet.az qarğıdalının faydalarını təqdim edir.

1. Həzm üçün faydalıdır

Tərkibindəki yüksək miqdarda lif sayəsində daha rahat həzm prosesinə şərait yaradır. 
Bu xüsusiyyəti ilə qəbizlik, ishal və kolon xərçəngi kimi bir çox bağırsaq sindromunun qarşısını almağa kömək edir.

 

2. Anemiyanı aradan qaldırır

Xalq arasında “qanazlığı” kimi tanınan, anemiyaya yaxşı təsir göstərən  çox adamın bilmədiyi qidalardan biri də qarğıdalıdır.

 

3. Gözlər üçün faydalıdır

Karotenoidlərlə zəngin olan qarğıdalının tərkibində eyni zamanda çox miqdarda A vitamini də olduğu üçün görmə qabiliyyətinə müsbət təsir edir. 
Qarğıdalının bu faydası ilə göz sağlamlığını qoruyaraq uzun illər aydın görmə qabiliyyətinə sahib ola bilərsiniz.


4. Beyin üçün faydalıdır

Qarğıdalı istehlak etməklə mədənizlə yanaşı həm də zehninizi qidalandırmış olursunuz. Qarğıdalı xüsusilə yaşlılıq əleyhinə də çox faydalıdır.  Həmçinin zehni problemlərin qarşısını alaraq Alzheimer kimi xəstəliklərin təsirini minimuma endirməyə kömək edir. 

 

5. Ürək üçün faydalıdır
Qarğıdalı tərkibindəki bol optimal yağ turşuları sayəsində xolesterolu azaltmağa kömək edir. Ürək-damar sağlamlığına mənfi təsir edən xolesterini mümkün qədər çıxararaq daha sağlam bir ürəyə sahib olmanıza şərait yaradır.

 

6. Sümüklər üçün faydalıdır

Qarğıdalı birləşdirici toxuma və sümükləri gücləndirən dəmir, mis, fosfor, minerallar və manqanla zəngindir. 
Bu qida dəyərləri ilə qarğıdalı sümük formasının pozulmasının qarşısını alır. 
Xüsusilə qocalıq dövrü üçün indidən kifayət qədər qarğıdalı istehlak etmək ağıllı bir investisiyadır. 

 

7. Dəri üçün faydalıdır

Tərkibindəki bol beta karotin, A, E və C vitaminləri sayəsində dəri hüceyrələrinin qorunmasına və bərpasına kömək edir. Kifayət qədər qarğıdalı istehlak edərək dərinizin daha sağlam görünməsini təmin edə bilərsiniz.

 

8. Xərçəngdən qoruyur

Qarğıdalı təsirli bir antioksidandır. Bir çox araşdırmada qarğıdalının bu xüsusiyyəti ilə bir çox sərbəst radikalları zərərsizləşdirdiyi sübut edilmişdir. Yetərincə qarğıdalı istehlak etməklə özünüzü döş və qaraciyər xərçəngindən qorumaq mümkündür.