Bakı 13˚C Mostly sunny

MQ-dən Bayramovun imtina etdiyi görüşlə bağlı - Açıqlama

Siyasət 10:33 05 dek, 2021

 Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar

MQ-dən Bayramovun imtina etdiyi görüşlə bağlı - Açıqlama

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar.

Qazet.az xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd edilir ki, həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün baş tutmamasından təəssüflənirlər.

"Həmsədrlər sentyabrda Nyu Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait imkan verən kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildiriblər", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən günə nəzərdə tutulan görüşdən Ceyhun Bayramov imtina edib. İmtinaya səbəb isə görüş ərəfəsində Ermənistan parlamentinin bir qrup deputatı qanunsuz olaraq Xankəndiyə göndərmək və qondarma və keçmiş "parlament"lə birgə "dinləmələr" keçirməsi barədə təxribatçı qərarı olub.