"MTV Film və TV Mükafatları" mərasimindən görüntülər
Maraqlı14:2717 may, 2021

Los Anceles şəhərində təşkil edilən mərasimdə mükafatlarla birgə geyimlər də müzakirə mövzusu olub

title
Bizi-da oxuyun

ABŞ-ın Los-Anceles şəhərində keçirilən 2021-ci il “MTV Musiqi və Film Mükafatları”ndakı rəngli görüntülər kameralara həkk olunub.

Az sayda məşhurun ​​qatıldığı gecədə amerikalı “TikToker” Addison Rey geyimi ilə diqqət çəkib.

“TikTok”da 80 milyondan çox izləyicisi olan 20 yaşlı Rey kürəyində daş detalları olan qara libası ilə müzakirə mövzusu olub.

22 yaşlı amerikalı aktrisa Madison Beyli rəngli paltar və tibbi maskası ilə obyektivlərə tuş gəlib.

Amerikalı aktrisa Madelin Klayn qırmızı paltarında kameralara poza verib. 

Klayn daha sonra sevgilisi Çeys Stouks ilə birlikdə bir dəvətə qatılıb.

 

“WandaVision"dakı roluna görə Ən Yaxşı Şou Performansı Mükafatını qazanan Elizabet Olsen isə olduqca sadə geyimi ilə təəccüb doğurub.


21 yaşlı aktrisa, model və aktivist Yara Şahidi "Adidas” markalı idman geyimi ilə mərasimə gəlib.

Digər bir aktrisa Curni Smollet isə mərasimin ən maraqlı geyimlərindən birini geyinib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0