Parlamentlərimiz arasındakı mükəmməl səviyyədəki münasibətlərimizin “tək millət, iki dövlət” anlayışının rəhbərliyində yeni zirvələrə yüksələcəyinə ürəkdən inanıram
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 28 May – Müstəqillik Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.
Bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.
“Hörmətli sədr, dəyərli həmkarım
Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alilərini və qardaş Azərbaycan xalqını türk milləti və şəxsim adından ən səmimi duyğularımla təbrik edirəm. Bu anlamlı gündə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin sağlam təməlləri üzərində yüksələn müstəqil Azərbaycanın günümüzdə hər sahədə əldə etdiyi uğurlar fəxarət hissimizə səbəb olmağa, Türkiyə üçün qürur mənbəyinə çevrilməyə davam edir. Parlamentlərimiz arasındakı mükəmməl səviyyədəki münasibətlərimizin “tək millət, iki dövlət” anlayışının rəhbərliyində yeni zirvələrə yüksələcəyinə ürəkdən inanıram. Mövcud yaxın əməkdaşlığımız təkcə ikitərəfli deyil, üçtərəfli və çoxtərəfli formatlarda da möhkəmlənir və parlamentar diplomatiyaya yeni təkan verir.
Bu fürsətdən istifadə edərək Azərbaycanın Müstəqillik Gününü bir daha təbrik edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və rifah, Zati-alilərinə və sizin şəxsinizdə Azərbaycan Milli Məclisinin dəyərli üzvlərinə ürəkdən uğur diləklərimi və salamlarımı çatdırıram”, - deyə məktubda qeyd olunub.
Rusiyanın 77 təyyarəsi xarici ölkələrdə saxlanılıb
DTX DGK-da daha bir əməliyyat keçirdi: saxlanılanlar var
Dünyaca məşhur kanal Ağdamdan bəhs etdi
Türkiyə ordusu şəhid verdi
Mircəlal Paşayev “Bravo Supermarket"lərdəki payını satdı
Ərdoğan Qarabağ zəfərindən danışdı
"Azəriqaz"a sayğaclarla bağlı daxil olan müraciətlərin sayı açıqlandı
Vyanada Ermənistan-Türkiyə danışıqları başladı - Foto
Gizli saxlayırdı... - Cüneyt Arkının qızı Filizə yazdığı məktub üzə çıxdı
Meymunçiçəyinin müalicəsində istifadə olunan dərmanların adı AÇIQLANDI
Fikriniz
- Rəy yazın
- Rəylər
- Rusiyanın 77 təyyarəsi xarici ölkələrdə saxlanılıb
Onun sözlərinə görə, təyyarələrin bir hissəsi icarədarların qərarı ilə saxlanılıb, bəziləri isə Avropa səmasının bağlanması səbəbindən uçuş edə bilmir.
Dünya18:30 01.07.2022 - DTX DGK-da daha bir əməliyyat keçirdi: saxlanılanlar var
Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Azərbaycan18:14 01.07.2022 - Dünyaca məşhur kanal Ağdamdan bəhs etdi
"Tərk edilmişlərin sirləri" layihəsi bir bölümünü Ağdama həsr edib
Azərbaycan17:58 01.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Siyasət
Hamısına bax- XİN-dən Saakyanın fikirlərinə REAKSİYA
Həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür
Daxili siyasət15:47 29.06.2022 - Ərdoğanın sözçüsü: “Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olundu”
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib
Daxili siyasət11:06 27.06.2022
- İran səfirliyi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan ordusunu təbrik edib
Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək
Xarici siyasət17:18 26.06.2022 - Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək
Qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır
Xarici siyasət11:27 26.06.2022