Bakı 21˚C Mostly sunny

"Napoli"nin bombardiri 3 ay oynamayacaq

İdman 23:34 23 noy, 2021

Qeyd edək ki, Viktor Osimhen cari mövsüm 14 matçda vurduğu 9 qolla "Napoli"nin ən sərrast futbolçusudur.

"Napoli"nin bombardiri 3 ay oynamayacaq

İtaliya "Napoli"sinin futbolçusu Viktor Osimhen üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyat olunub.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

23 yaşlı forvard "İnter"ə 2:3 hesabı ilə uduzduqları A Seriyası oyununda rəqib komandanın müdafiəçisi Milan Şkrinyarla toqquşma nəticəsində zədələnib. Hazırda özünü yaxşı hiss edən oyunçunun bir neçə gün həkim nəzarət altında qalacağı bildirilib.

Qeyd edək ki, Viktor Osimhen cari mövsüm 14 matçda vurduğu 9 qolla "Napoli"nin ən sərrast futbolçusudur.