Bakı 14˚C Sunny

Narın bilmədiyniz faydaları  - İlahi meyvə

Maraqlı 15:34 22 okt, 2021

Dünyanın ən sağlam meyvəsi kimi tanınan nar orqanizm üçün müxtəlif faydaları ola bilər və bir sıra xəstəliklərin riskini azalda bilər

Narın bilmədiyniz faydaları  - İlahi meyvə

Payız müvsümündə ağız dadıyla yediyimiz nar dünyanın ən sağlam meyvələrindən biridir. Narın orqanizm üçün inanılmaz faydaları var. İlahiyyat kitablarında ən çox adı çəkilən meyvə olduğu üçün ona ilahi meyvə deyilir.

Narın antioksidant, virus əleyhinə və şiş əleyhinə xüsusiyyətlərə malik olduğu və vitaminlər, xüsusilə A vitamini, C vitamini və E vitamini, həmçinin fol turşusu baxımından yaxşı bir qaynaq olduğu bildirilir. 

İmmunitet sistemini gücləndirir. Narın tərkibi aşağıdakı kimi göstərilir:

Lif: 7 qram

Protein: 3 qram

Vitamin C: 30%  

K vitamini: 36%  

Folat: RDI-nin 16%-i  

Kalium: 12% 

Nar stressi azaldan meyvədir. Kraliça Marqaret Universitetinin araşdırmasına görə, nar şirəsi içən insanlar gərgin vəziyyətlərdə artan stress hormonu olan kortizolun səviyyəsini aşağı salıblar.

Antioksidantlarla zəngindir nar toxumları canlı qırmızı rəngini polifenollardan alır. Bu elementlər güclü antioksidantlardır.
Nar suyu digər meyvə şirələrinə nisbətən daha yüksək miqdarda antioksidan ehtiva edir.
Həmçinin qırmızı şərab və yaşıl çaydan üç qat daha çox antioksidant var. Nar suyunun tərkibindəki antioksidantlar sərbəst radikalları aradan qaldırmağa, hüceyrələri zədələnmədən qorumağa və iltihabı azaltmağa kömək edə bilər. 

Bir stəkan nar suyu gündəlik C vitamini ehtiyacının 40 faizini ödəyir.


Nar xərçəngin qarşısını alır. Araşdırmalar göstərir ki, nar şirəsi prostat xərçənginin qarşısını alır.
Müxtəlif meyvə şirələri üzərində aparılan araşdırmalar göstərib ki, nar şirəsi prostat xərçəngində ən təsirli içkidir. Pəhrizinizdən nar şirəsini qaçırmayın. 

Bu meyvə yaddaşı üçün faydalıdır. Şirədəki antioksidantların və onların yüksək konsentrasiyasının Alzeymer xəstəliyinin inkişafını dayandırmağına və yaddaşı qoruduğuna inanılır. 
Nar suyu bağırsaqdakı iltihabı azaldır. “Crohn” xəstəliyi, ülseratif kolit və digər iltihablı bağırsaq xəstəlikləri olan insanlar üçün faydalı ola bilər. 

Nar tərkibindəki yüksək antioksidant konsentrasiyasına görə güclü iltihabəleyhinədir. Bu, bədəndəki iltihabı azaltmağa və oksidləşdirici stress və zərərin qarşısını almağa kömək edə bilər. 

 


Nar ən təbii ürək dərmanı kimi tanınır. Ürəyi qoruyur və damarlara xeyirdir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, nar qan dövranını yaxşılaşdırır və aterosklerozun qarşısını alır.  

Diqqət: Nar şirəsi ürək-damar sağlamlığı üçün faydalıdır, lakin nadir hallarda xəstənin dərmanları ilə reaksiya verə bilər.

Qan təzyiqini aşağı salmağa kömək edir. Gündəlik nar suyu içmək də sistolik qan təzyiqini aşağı salmağa kömək edə bilər. 

Nar suyu içmək kişilərdə və qadınlarda cinsi istəyi artırmağa kömək edir. 

Nar ənənəvi olaraq Yaxın Şərqdə və Hindistanda şəkər xəstəliyinə qarşı dərman kimi istifadə olunurdu. Narın şəkər xəstəliyinə təsiri haqqında çox şey bilinməsə də, insulin müqavimətini və qan şəkərini azaltmağa kömək edə bilər. 

Nar qanımızdakı oksigen səviyyəsini artırmağa kömək edir. Narın tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə aparır, xolesterini aşağı salır və qanın laxtalanmasının qarşısını alır. 
Bütün bunlar nəticədə qanın sərbəst axmasına kömək edir və bununla da bədəninizdəki oksigen səviyyəsini artırır.

Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Narın meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.  

Xalq təbabətində nar meyvəsinin qabıqlarından "nar qəzəli" adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda narda iştah artırmaq üçün "nardaşa" adlanan şərbət hazırlanır. Həmçinin cır nardan "narşərab" hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.