Bakı 14˚C Sunny

Narkomanların reabilitasiya mərkəzinə silahlı hücum: 6 ölü

Gündəm 00:43 26 iyl, 2022

Jalisco Əyaləti Baş Prokurorluğundan verilən yazılı açıqlamada hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

Narkomanların reabilitasiya mərkəzinə silahlı hücum: 6 ölü

Meksikada narkomaniyadan müalicə xidmətləri göstərən reabilitasiya mərkəzinə silahlı hücum nəticəsində 6 nəfər həyatını itirib.

"Qazet.az" xəbər verir ki, dünən gecə saatlarında maskalı silahlı şəxslər Xalisko ştatında, Meksikanın Tlaquepaque şəhərində narkomanların müalicə olunduğu Cerco de Vida reabilitasiya mərkəzinə hücum ediblər.

Hadisə yerinə çoxlu təhlükəsizlik qüvvələri və sağlamlıq qrupları göndərilib. Hücum nəticəsində 5 nəfərin hadisə yerində, 1 nəfərin isə xəstəxanada olmaqla ümumilikdə 6 nəfərin öldüyü bildirilib. Ölənlər arasında 16 yaşlı qız da var. 

Hadisə şahidləri bildiriblər ki, silahlı və maskalı böyük bir qrup reabilitasiya mərkəzinə gələrək atəş açıb və dəfələrlə atəş səsləri eşidib. Reabilitasiya mərkəzində 40-a yaxın adamın müalicə aldığı, bəzi xəstələrin hücumdan sonra qaçdığı və hələ də tapılmadığı bildirilib.

Jalisco Əyaləti Baş Prokurorluğundan verilən yazılı açıqlamada hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.