Bakı 12˚C Sunny

Narkotik çəkib maşın sürən şəxs saxlanıldı

Hadisə 11:44 17 yan, 2022

 E.Mirzəcanlı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Narkotik çəkib maşın sürən şəxs saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini Elçin Mirzəcanlının idarə etdiyi “VAZ-21015” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən E.Mirzəcanlı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.