NATO-nun Baş katibi: "Rusiya sərhədə hərbçi toplamağa son qoymalıdır"
Xəbərlər16:3913 aprel, 2021

Ukraynanın şərqində Rusiyayönlü separatçılarla döyüşlərdə 13 mindən çox insan ölüb

title
Bizi-da oxuyun

“Rusiya Ukrayna ilə sərhəddə hərbi gücü artırmağa təcili son qoymalıdır”.

Qazet.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleboyla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya son günlər Ukrayna ilə sərhədə döyüşə hazır minlərlə hərbçi yerləşdirib: “Biz 2014-cü ildən Ukraynanı siyasi və hərbi cəhətdən dəstəkləyirik. Ukrayna xüsusi statuslu tərəfdaşdır. Özünü qorumaq üçün ona lazımi dəstəyi göstərəcəyik. Rusiya Krımı ilhaq edən də sonra sanksiyaya məruz qaldı. Ukraynanın tamhüquqlu üzvlüyünə NATO-nun 30 üzvü birlikdə qərar verməlidir”.

Qeyd edək ki, Ukraynanın şərqində Rusiyayönlü separatçılarla döyüşlərdə 13 mindən çox insan ölüb.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0