Bakı 16˚C Partly sunny

NATO-nun mövcudluğunun mənası itib – Lavrov

Gündəm 17:04 01 iyl, 2022

Onun sözlərinə görə, NATO daim xarici düşmən axtarmağa çalışır

NATO-nun mövcudluğunun mənası itib – Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra NATO da mövcudluğunun mənasını böyük ölçüdə itirdiyini söyləyib.

Qazet.az xəbər verir ki, onun sözlərinə görə, NATO daim xarici düşmən axtarmağa çalışır.

“Bu, daha çox Varşava Müqaviləsi və Sovet İttifaqının yox olduğu dövrdə NATO-nun mövcudluğunun mahiyyətini qoruyub saxlamaq zərurəti ilə bağlıdır”, - Lavrov bildirib.

Rusiya XİN başçısı qeyd edib ki, hətta Qərbdə bir çox siyasətçilər və analitiklər bunu etiraf edirlər.

Lavrov əlavə edib ki, həmin vaxt vahid təhlükəsizlik məkanı və iqtisadi əməkdaşlıq qurmaq üçün bütün imkanlar var idi.