Bakı 13˚C Sunny

Naxçıvana uçan təyyarə tufana görə Bakıya qayıtdı 

Gündəm 23:25 23 may, 2022

Hava xəbərdarlığı 

Naxçıvana uçan təyyarə tufana görə Bakıya qayıtdı 

Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə qazet.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.