Bakı 14˚C Sunny

Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Hadisə 12:30 14 yan, 2022

Hüquq mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində Ə.Məmmədov saxlanılıb

Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Naxçıvan Muxtar Respublikasında qətl törətməkdə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə iclasının hazırlıq iclası başlayıb.

Qazet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin olunub.

Qeyd edək ki hadisə 2021-ci ilin sentyabr ayında Naxçıvanın Babək rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 67 yaşlı Əli Məmmədov gəlini, 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib.

Hüquq mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində Ə.Məmmədov saxlanılıb.

Mənbə