Bakı 7˚C Sunny

Naxçıvanın bir sıra fəal qadınları təltif olunublar

Siyasət 06:29 06 mar, 2022

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinə əsasən

Naxçıvanın bir sıra fəal qadınları təltif olunublar

Naxçıvan Muxtar Respublikasının bir sıra fəal qadınları təltif ediliblər.

Qazet.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinə əsasən muxtar respublikanın sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə Babayeva Zərövşən Yaşar qızı, Məmmədova Ruqiyyə Hüseyn qızı “Əməkdar müəllim”, İsmayılova Səkinə Hacı qızı “Əməkdar həkim”, Rüstəmova Gülşad Qəzənfər qızı “Əməkdar tibb işçisi”, Rüstəmova Süsən Elmixan qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə, Hüseynova Rəna Sultan qızı, Muxtarova Fərqanə Yusif qızı, Nağıyeva Elnurə Adıgözəl qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.