Bakı 16˚C Partly sunny

Nazir: “20 məktəbdə istiliyin verilməsində problem var”

Cəmiyyət 15:59 02 dek, 2021

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib

Nazir: “20 məktəbdə istiliyin verilməsində problem var”

"Noyabrın 15-də istiliyin verilməsindən sonra 67 məktəbdə bununla bağlı problem var idi. Hazırda bu rəqəm 20-yə qədər endirilib, proses davam edir". 

Qazet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ölkə üzrə 60 faiz məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib: "Digər məktəblər odun yanacağı və digər vasitələrlə qızdırılır. Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb. Hər hansı bir məktəbdə qəza ola bilir. Səbəblər müxtəlifdir. Bunlar hər zaman Təhsil nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir. Ötən il tədris fasilələrlə davam etməsi istilik sistemində problem yaradırdı. İstilik sisteminin söndürülüb-yandırılması televiziya pultu kimi deyil. Sistem hər dəfə yandırılıb-söndürüləndə müəyyən problemlər ortaya çıxır".