Bakı 14˚C Sunny

Nazir Azərbaycan filmlərinin "Netflix"də nümayişinin əhəmiyyətindən danışıb

Maraqlı 16:22 28 dek, 2021

“Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında "Netflix"in Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib

Nazir Azərbaycan filmlərinin "Netflix"də nümayişinin əhəmiyyətindən danışıb

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan filmlərinin "Netflix" kino platformasında nümayişinin əhəmiyyətindən danışıb.

Qazet.az xəbər verir ki, o, “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında "Netflix"in Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, müəyyən standartlar var və Azərbaycan filmlərində də bu standartlar nəzərə alınmalıdır: "Netflix"də filmlərimizin nümayiş olunması ölkənin təbliğatıdır. Həssas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər. Etimad qursaq, əminəm ki, bizlə işləyəcəklər".