Bakı 10˚C Cloudy

Nazir kinoteatrların açılması ilə bağlı qərardan danışdı

Maraqlı 16:54 25 sen, 2021

Nazir kinoteatrların açılması ilə bağlı qərardan danışdı

Nazir kinoteatrların açılması ilə bağlı qərardan danışdı

Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açılacaq.

 Qazet.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi məsələyə ciddi nəzarət edəcək ki, bu qaydalara əməl olunsun. Nəticə etibarilə insanların virusa yolxumasına səbəb yaranmasın", - nazir bildirib.