Bakı 15˚C Mostly sunny

Neftçalada şəhid ailələrinin problemləri dinlənilib

Siyasət 22:24 19 mar, 2022

Şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, problem və təklifləri dinlənilib

Neftçalada şəhid ailələrinin problemləri dinlənilib

Neftçala rayonunda şəhid ailələri ziyarət edilib.

Qazet.az xəbər verir ki, ziyarət rayonun rəhbər şəxsləri tərəfindən təşkil olunub.

Belə ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Novruz bayramı ilə əlaqədar həyata keçirilən ziyarət çərçivəsində şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, problem və təklifləri dinlənilib.

Qeyd edək ki, ziyarətdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.