"Neftçi" qadınlara qarşı zorakılığa “Yox” deyir
Azərbaycan14:1325 noyabr, 2021

“Neftçi” oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək

"Neftçi" qadınlara qarşı zorakılığa “Yox” deyir
Bizi-da oxuyun

“Neftçi” futbol klubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMTnin Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində 27 noyabr saat 18:15-də “Sabail FC” ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək.

Sözügedən oyun Bakcell Arenada baş tutacaq.

Bu ilki kampaniyanın əsas məqsədi kişi və oğlanların bu məsələyə həssaslığını artırmaq, onları “Qadınlara Qarşı Zorakılığa Son” deməyə çağırmaqdır.  

Fikriniz