Bakı 21˚C Sunny

"Neftçi"ni Avstriyada 100-dən çox azarkeş dəstəkləyəcək

İdman 11:54 11 avq, 2022

"Neftçi" azarkeşləri stadionun 6-cı və 7-ci sektorlarında yer alacaqlar.

"Neftçi"ni Avstriyada 100-dən çox azarkeş dəstəkləyəcək

"Neftçi" Avstriyada “Rapid” (Vyana) komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda dəstəksiz qalmayacaq.

Qazet.az xəbər verir ki, "ağ-qaralar"ın  tribunada 100-dən çox azarkeşi olacaq.

"Neftçi" azarkeşləri stadionun 6-cı və 7-ci sektorlarında yer alacaqlar.

Qeyd edək ki, bu gün "Allianz" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. "Neftçi" ilk görüşdə rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

 

qaynaq