Bakı 13˚C Cloudy

"Neftçi"nin kapitanı "Qarabağ"la matçda oynamayacaq

Gündəm 22:35 15 may, 2022

Vacib oyun 

"Neftçi"nin kapitanı "Qarabağ"la matçda oynamayacaq

Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq.

Qazet.az xəbər verir ki, buna 30 yaşlı yarımmüdafiəçinin XXVII turda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə görməsi səbəb olub.

Mahmudov cari mövsüm 4-cü dəfə sarı vərəqə alıb.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü mayın 21-də "Azersun Arena"da keçiriləcək.