Bakı 13˚C Mostly sunny

“Netflix” Pamela Andersonun real həyatından bəhs edən sənədli film çəkir

Maraqlı 11:22 04 mar, 2022

Hollivud ulduzuna necə çevrildiyi barədə bütün həqiqəti danışacaq

“Netflix” Pamela Andersonun real həyatından bəhs edən sənədli film çəkir

“Netflix” yayım xidməti Pamela Andersonun həyatından bəhs edən sənədli film çəkir.

Aktrisanın sözlərinə görə, “Netflix” sənədli filmi onun təvazökar kanadalı “qonşu qızdan” Hollivud ulduzuna necə çevrildiyi barədə bütün həqiqəti danışacaq.

Filmin çəkilişi ilə bağlı qərar ingilis aktrisası Lili Ceyin Pamela Anderson obrazını canlandırdığı “Pam və Tommi” serialının ekranlara çıxmasından sonra verilib. Sənədli filmin prodüseri Pamela Andersonun oğlu Tomas Lidir. O, vəd edib ki, filmdə əsas diqqət anasının “əsl həyat hekayəsi”nə yönələcək.