Bakı 7˚C Sunny

“Netflix” “Squid Game”in ikinci mövsümünü elan edib

Maraqlı 13:46 13 iyn, 2022

Tamaşaçılar bir sıra yeni personajlarla tanış olacaqlar

“Netflix” “Squid Game”in ikinci mövsümünü elan edib

Cənubi Koreyanın məşhur “Squid Game” serialının ikinci mövsümünün ssenarisi üzərində işlər gedir. Qazet.az xəbər verir ki. bu barədə rejissor Hvanq Donq-hyukun bazar günü Amerikanın “Netflix” yayım xidmətinin saytında dərc olunmuş məktubunda qeyd edib.

Onun sözlərinə görə, ekranlara birinci mövsümün baş qəhrəmanı və antaqonisti qayıdacaq. Tamaşaçılar bir sıra yeni personajlarla tanış olacaqlar.

Buraxılış tarixi açıqlanmayıb.

“Squid Game” “Netflix”in ən uğurlu seriallarından biridir. 17 sentyabr 2021-ci il tarixində yayımlandıqdan sonra ilk dörd həftə ərzində tamaşaçılar bu seriala 1.65 milyard saatdan çox vaxt ayırıblar.