Bakı 6˚C Showers

Nigerdə ​​məktəbdə yanğın olub, onlarla şagird ölüb

Cəmiyyət 03:15 09 noy, 2021

Hadisə nəticəsində azı 24 şagird həlak olub. 

Nigerdə ​​məktəbdə yanğın olub, onlarla şagird ölüb

Nigerin cənubundakı Maradi şəhərində məktəbdə yanğın baş verib.

Qazet.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bölgə qubernatoru Çayba Əbubəkərin sözlərinə görə, məktəbin samandan tikilmiş üç binası yanıb.

Hadisə nəticəsində azı 24 şagird həlak olub. Daha 80 nəfər ağır yanıq xəsarətləri alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.