Bakı 7˚C Sunny

Nigeriyada daşqınlar nəticəsində 50 nəfər ölüb

Gündəm 23:15 14 avq, 2022

“200-dən çox ev və tikili dağılıb. Evlərini itirənlər üçün ştatda 11 müvəqqəti yaşayış düşərgəsi yaradılıb"

Nigeriyada daşqınlar nəticəsində 50 nəfər ölüb

Nigeriyanın şimalında son 4 gündə yağan güclü yağışların səbəb olduğu daşqınlar və çoxsaylı torpaq sürüşmələri nəticəsində azı 50 nəfər ölüb.

“Qazet.az” xəbər verir ki, bu barədə Nigeriyanın Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin icraçı katibi Sani Yusuf məlumat verib.

Onun sözlərinə görə, Ciqava ştatında avqustun 11-dən bəri yağan güclü leysan yağışları nəticəsində 50 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

“200-dən çox ev və tikili dağılıb. Evlərini itirənlər üçün ştatda 11 müvəqqəti yaşayış düşərgəsi yaradılıb. Zərərçəkənlərə təcili yardım göstərilir.