Bakı 14˚C Sunny

Nigeriyada yaranan izdiham zamanı 30-dan çox insan ölüb

Gündəm 00:26 29 may, 2022

Ərzaq paylanmasından bir gün əvvəl yerli kilsənin yaxınlığında minlərlə insan toplaşıb

Nigeriyada yaranan izdiham zamanı 30-dan çox insan ölüb

Nigeriyada ərzaq və əşyaların yerli sakinlərə pulsuz paylanması zamanı kütləvi izdiham yaşanıb. Qazet.az-ın məlumatına görə, bu barədə “PM News” portalı məlumat yayıb.

Qeyd olunub ki, ərzaq paylanmasından bir gün əvvəl yerli kilsənin yaxınlığında minlərlə insan toplaşıb. Xeyriyyə aksiyasının təşkilatçıları pulsuz yemək və əşyalar almaq istəyən izdihamın öhdəsindən gələ bilməyiblər.

Son məlumatlara görə, izdiham nəticəsində biri hamilə qadın, üçü uşaq olmaqla 31 nəfər ölüb.