Nikol Paşinyan Moskvaya çatıb
Siyasət14:1107 aprel, 2021

Bu barədə baş nazirin mətbuat katibi Mane Gevorqyan “Facebook” səhifəsində məlumat yayıb

title
Bizi-da oxuyun

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdədir.

Qazet.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Mane Gevorqyan “Facebook” səhifəsində məlumat yayıb.

"İki ölkənin liderləri Ermənistan-Rusiya münasibətlərinin gündəmində olan strateji əhəmiyyətə malik məsələləri, xüsusilə ticarət-iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə məsələlərini müzakirə edəcəklər", - Gevorqyan qeyd edib.

Qeyd edək ki, Putin-Paşinyan görüşünün gündəliyinə 9 noyabr üçtərəfli bəyanatında göstərilən müddəaların həyata keçirilməsi və humanitar problemlərlə bağlı məsələlər də daxil edilib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0