Bakı 14˚C Sunny

Norveç millisi həndbol üzrə dünya çempionu olub

İdman 11:19 20 dek, 2021

Qeyd edək ki, Norveç millisi həm də 2 qat olimpiya və 8 qat Avropa çempionudur.

Norveç millisi həndbol üzrə dünya çempionu olub

Norveç yığması qadın həndbolçular arasında dünya çempionatının qalibi olub.

Qazet.az-ın məlumatına görə, İspaniyada təşkil olunmuş mundialın finalında skandinaviyalılar Fransanı 29:22 hesabı ilə məğlub edib.

Bununla da Norveç millisi dördqat dünya çempionu olub. Daha əvvəl analoji nailiyyət 1999, 2011 və 2015-ci illərdə qazanılıb.

Üçüncü yeri isə İspaniya üzərində 35:28 hesablı qələbə qazanan Danimarka yığması tutub.

Qeyd edək ki, Norveç millisi həm də 2 qat olimpiya və 8 qat Avropa çempionudur.