Bakı 16˚C Sunny

Novruz Qartal dəfn edilir - FOTO

Maraqlı 13:48 09 yan, 2022

Əməkdar artistlə vida mərasimində onun sənət yoldaşları, Gəncə Dram Teatrının aktyorları, rəsmilər iştirak edir

Novruz Qartal dəfn edilir - FOTO

Əməkdar artist Novruz Qartalın dəfn mərasimi keçirilir. 

Qazet.az-ın verdiyi məlumata görə, aktyor Gəncə şəhərinin İmamzadə qəbiristanlığında torpağa tapşırılır.

Əməkdar artistlə vida mərasimində onun sənət yoldaşları, Gəncə Dram Teatrının aktyorları, rəsmilər iştirak edir. 

Aktyor uzun sürən xəstəlikdən sonra dünən vəfat edib. 

Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. 

Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.