Bakı 25˚C Sunny

“OBA Market”də saxtakarlıq - Administrator 74 min manat pul mənimsəyib

Hadisə 11:35 15 okt, 2021

“OBA Market”in administratoru kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə məhsul satıb

“OBA Market”də saxtakarlıq - <span style="color:red">Administrator 74 min manat pul mənimsəyib</span>

 “Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA Market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılmışdır.

Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017-ci il tarixdən 21.05.2018-ci il tarixdədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf etmişdir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.