Bakı 12˚C Partly sunny

Öd kisəsindən 1284 daş çıxarıldı

Cəmiyyət 19:00 14 iyn, 2022

Hadisə Türkiyənin Bursa şəhərində olub

Öd kisəsindən 1284 daş çıxarıldı

Qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən şəxsin öd kisəsindən 1284 daş çıxarılıb.

Qazet.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində olub. Belə ki, Ayşe Durmaz şiddətli qarın ağrısı şikayəti ilə qızının yaşadığı Bursaya gedib. Gəmlik Dövlət Xəstəxanasında müayinə zamanı öd kisəsində daş aşkarlanıb.

Laparoskopik üsulla əməliyyat olunan Durmazın öd kisəsindən nə az, nə çox, 1284 daş çıxarılıb.

Ümumi cərrahiyyə mütəxəssisi Dr. Ahmet Karakaya belə halla ilk dəfə qarşılaşdığını deyib: "Əməliyyat çox uğurla keçdi və bir gün sonra xəstəmizi evə buraxdıq”.

Öd daşının bəzi hallarda öd kisəsini bağladığını və sarılığa səbəb olduğunu qeyd edən Karakaya, erkən müalicə ilə xəstənin sağlamlığına qovuşduğunu vurğulayıb.

Xəstəliyinin 3 ay əvvəl başladığını bildirən Ayşe Durmazın hazırda səhhətindən heç bir şikayəti yoxdur.