Ötən həftənin beş mühüm hadisəsi
Layihələr11:5001 fevral, 2020

Yanvarın 19-dan 25-ə qədər Azərbaycanda və dünyada diqqət mərkəzində olan mövzular

title
Bizi-da oxuyun

Yanvarın 19-dan 25-ə qədər Azərbaycanda və dünyada diqqət mərkəzində olan mövzular

ATƏT Azərbaycanda seçkilərlə bağlı aralıq hesabat açıqlayıb

milli meclis

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda fevralin 9-da keçiriləcək parlament seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı açıqlanıb.

Azərbaycan hökumətinin dəvətini aldıqdan sonra DTİHB yanvarın 7-də Seçki Müşahidə Missiyası (SMM) təsis edib. Səfir Peter Teylerin rəhbərlik etdiyi SMM, Bakıda yerləşən 12 nəfərlik əsas heyətdən və yanvarın 14-də bütün ölkə üzrə 12 əraziyə göndərilən 26 uzunmüddətli müşahidəçidən (UMM) ibarətdir. Missiyanın üzvləri ATƏT-in 23 iştirakçı dövlətindən seçilib. 

Hesabatda qeyd edilir ki: “"Hökümət DTİHB SMM-ə seçkilərin azad və ədalətli şəraitdə keçirilməsi üçün siyasi iradənin olduğunu bildirib. Hökümət növbədənkənar parlament seçkilərinin Ermənistanla davam edən qarşıdurma şəraitində keçəcəyini qeyd edib” Hesabatda bəzi statistic məlumatlar da verilir: “DSK-lar 1637 namizədi qeydə alıb, bunların 83 faizi özü tərəfindən namizədliyi irəli sürülən şəxslərdir. 19 siyasi partiya toplam 272 namizəd irəli sürüb. Son parlamentin cəmi 80 üzvü (64 faiz) yenidən seçilmək istəyir. Qeydiyyata alınmış namizədlərin 21 faizini qadınlar təşkil edir."

Azərbaycan və Ermənistan XİN başçıları iki gün ərzində danışıqlar aparıblar

meeting table

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb. Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar yanvarın 29-da başlayıb və həmin gün yeddi saat davam edib, yanvarın 30-da onlar daha dörd saat ərzində danışıqlar aparıblar.

Cenevrə görüşünün yekununa dair məlum olan yeganə şey nazirlərin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə danışıqlar masası arxasında nə qədər zaman keçirdikləridir. Hələlik nazirlərin ən uzun danışıqlarının yekununa dair rəsmi açıqlama səslənməyib. Yalnız ehtimal etmək olar ki, həmsədrlər XİN rəhbərlərinin müzakirəsi üçün ciddi mövzu təklif edib və bu da ilk dəfə olaraq danışıqların iki gün sürməsinə səbəb olub.

Koronavirus epidemiyası genişlənir

doctors coronavirus asia

Ümumdünya Səhiyyə Təşkilatı təcili iclasında “2019-nCoV” adlandırılan virus (koronavirus) epidemiyası ilə bağlı beynəlxalq miqyasda fövqəladə vəziyyət elan etdi.

Yanvarın 31-ə olan məlumata görə tək Çində koronovirusdan ölənlərin sayı 213-ə, yoluxanların sayı isə 9692-yə çatıb. 

Aşkar edilmiş xəstəliklərin sayında birinci yeri inzibati mərkəzi Uhan olan Hubey əyaləti tutur (5.8 mindən çox yoluxma hadisəsi, 204 ölü). 

“2019-nCoV” adlandırılan virus ştammı Çindən başqa ən azı 17 ölkədə, o cümlədən də ABŞ, Hindistan, Almaniya, Avstraliya, Fransa, Tayland, Filippin, BƏƏ və Cənubi Koreyada aşkarlanıb.

Yanvarın 30-da epidemiyanın mərkəzi olan Uhan şəhərindən Türkiyəyə məxsus hərbi yük təyyarəsi ilə 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı təxliyə edilib. Onlar Türkiyədə 14 gün karantində qalacaqlar.

ABŞ prezidenti Donald Tramp İsrail-Fələsin münaqişəsinin həll planını təqdim edib

trump

Amerika prezidentinin təklif etdiyi Yaxın Şərqdə münaqişənin nizamlanması planı üç əsas ideyaya əsaslanır:

• İki müstəqil dövlət yaradılır – yəhudilərin və fələstinlilərin

• İsrailin paytaxtı Qüds, Fələstinin paytaxtı isə Şərqi Qüds olur

• Yeni Fələstin  dövləti ərazilərini əhəmiyyətli dərəcədə böyüdülür və “inkişaf üçün” 50 milyard dollar alır.

İsrailin baş naziri Benyamin Netanyahu yeni planı alqışlayıb. O, Donald Trampı İsrailin mövcud olduğu bütün dövr ərzində “İsrailin ən böyük dostu” adlandırıb.

Fələstin liderləri bildiriblər ki, plan İsrail üçün aşağıdakı səbəblərdən təktərəfli üstünlüklər yaradır:

• Fələstinlilər narazıdırlar ki, bu plana əsasən, onlara verilən ərazilər vaxtilə ilhaq olunana qədər onların sahib olduqları ərazilər deyil.

• Onlara təklif olunan bu ərazilərdə İsrailə aid yaşayış məntəqələri qalmaqdadır.

• Fələstinlilər bütün Qüdsün onlara aid olmasına israr edirlər.
İran prezidenti Həsən Ruhani isə daha da irəli gedərək Trampın planını “Əsrin ən mənfur təklifi” adlandırıb.

Fələstin ərazilərində cümə günü Trampın planına qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Böyük Britaniya rəsmən Avropa İttifaqından çıxır

Yanvarın 31-I Qrinviç vaxtı ilə saat 23.00-də Böyük Britaniya rəsmən Avropa İttifaqını tərk edir.

Ingiltərənin populyar “The Sun” qəzeti bu gün belə başlıqla çıxıb: “Bu gün, axşam saat 11-də, 47 illik müqavimətdən sonra Birləşmiş Krallığın böyük xalqı, nəhayət ki Breksiti başa çatdıra bildi”. “Bizim vaxtımız yetişdi, demokratiyamız qalib gəldi!” – baş məqalədə belə yazılır.

Doğrudur, ilin sonunadək hələ keçid dövrü davam edəcək, lakin artıq Breksit prosesini geriyə qaytarmaq mümkün olmayacaq. Beləliklə, Böyük Britaniya Avropa İttifaqının tarixində bu birliyi tərk edən ilk dövlət oldu. Yenidən, nə vaxtsa Britaniya Aİ-yə daxil olmaq istəsə, bütün proseduru sıfırdan başlamalı olacaq, Şərqi Avropa ölkələri kimi.

Digər populyar qəzet “Daily Mail” də optimistik əhval-ruhiyyədədir. “Doğrudur, bizi çətinliklər gözləyir. Lakin bizim böyük dövlətimizin lazımi qədər istedadı və özünı inamı var. Bizim iqtisadiyyatımız dünyada beşincidir. Bizim qüdrətli ordumuz və əla kəşfiyyatımız var. Biz maliyyə və iqtisadi sferada çox güclüyük. Biz elmdə, texnologoyalarda, musiqidə və ədəbiyyatda dünya lideriyik. Bütün çətinliklərin öhdəsindən gələ biləcəyik”.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0