Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO
Səhiyyə / sağlamlıq16:4825 noyabr, 2021

Buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - <span style="color:red">FOTO</span>
Bizi-da oxuyun

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, ötən gün 32 720 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 544 439, buster doza üzrə vaksinasiya olunanların sayı isə 787 910 təşkil edir.

 

Fikriniz