Bakı 22˚C Mostly sunny

Ölkədə turizm sahəsi 2023-cü ildə tam bərpa olunacaq - Dövlət Turizm Agentliyinin sözçüsü

Biznes 16:10 15 dek, 2021

Dövlət Turizm Agentliyinin sözçüsü bildirib ki, 2023-cü ildə ölkədə turizm tam bərpa olunacaq

Ölkədə turizm sahəsi 2023-cü ildə tam bərpa olunacaq - <span style="color:red">Dövlət Turizm Agentliyinin sözçüsü</span>

"Bizim hədəfimiz 2019-cu ildə Azərbaycana 3 mln. 200 min. turist gəlmişdisə, 2026-cı ildə bu nəticənin 4 milyon olmasıdır".

Bu sözləri Qazet.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

"Azərbaycan turizm potensialı ilə zəngin ölkədir. Həm dənizi, həm dağı, həm mədəniyyəti, həm sağlamlıq mərkəzləri var. Bu gündə pandemiyadan öncə qurulmuş planlar üzrə fəaliyyəti davam etdiririk. Biz düşünürük ki, turizm sahəsi ölkədə 2023-cü ildə tam bərpa olunacaq və 2019-cu ildə Azərbaycana 3 mln. 200 minə turist gəlmişdisə, 2026-cı ildə çalışacayıq ki, bu nəticə 4 mln olsun" - deyə Dövlət Turizm Agentliyinin sözçüsü bildirib.

 

Dönməz Hüseyin