“Omikron” ştammının müxtəlif səthlərdə təsir müddəti açıqlanıb
Cəmiyyət
15:58 17 yan, 2022
Bu barədə Rusiyanın “Vektor” Araşdırmalar Mərkəzindən bildirilib
“Omikron” ştammı müxtəlif səthlərdə müxtəlif müddətdə canlılığını qoruya bilir.
Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın “Vektor” Araşdırmalar Mərkəzindən bildirilib.
Mərkəz eyni şəraitdə (nisbi rütubət 30-40 faiz və temperatur 26-28 dərəcə) metal, plastik, keramik plitələrdə və distillə edilmiş suda virusun canlılığını müəyyən etmək üçün təcrübələr aparıb.
“Müəyyən edilib ki, virus ən tez keramika üzərində - 24 saatdan az müddətdə təsirsiz hala gəlir”, - deyə hesabatda bildirilir.
Vektor əlavə edib ki, ən effektiv dezinfeksiya üsulu dezinfeksiyaedici vasitələrdən istifadədir.