Bakı 7˚C Sunny

Ömrü uzatmaq üçün SADƏ ÜSUL

Gündəm 11:57 17 yan, 2022

Tədqiqatın nəticəsi Journal of the American College of Cardiology jurnalında dərc olunub

Ömrü uzatmaq üçün SADƏ ÜSUL

Pəhrizinizdə mayonez və marqarini zeytun yağı ilə əvəz etsəniz, gözlənilən ömür müddəti uzana bilər.

Qazet.az "RİA Novosti"yə istinad xəbər verir ki, Harvard Tibb Məktəbinin alimləri belə bir qənaətə gəliblər.

Tədqiqatın nəticəsi Journal of the American College of Cardiology jurnalında dərc olunub.

Tədqiqatın müəllifləri 90 min könüllünün məlumatlarını tədqiq edərək belə qənaətə gəliblər ki, on qram marqarin, kərə yağı və ya mayonezin müvafiq miqdarda zeytun yağı ilə əvəz edilməsi bir çox xəstəliklərdən ölüm riskini azalda bilər:

"Zeytun yağının daha çox istehlakı ürək-damar xəstəliklərindən ölüm riskinin 19%, xərçəngdən 17%, neyrodegenerativ xəstəliklərdən 29%, tənəffüs sistemi xəstəliklərindən 18% azalmasına səbəb olur".

Alimlər qeyd ediblər ki, zeytun yağı ən çox Cənubi Avropa və Aralıq dənizi ölkələri sakinlərinin gündəlik qida rasionunda olur.(publika.az)