Bakı 24˚C Partly sunny

Operativ Qərargah məlumat yaydı - Yoluxma ARTDI

Cəmiyyət 18:38 17 iyn, 2022

15 nəfər müalicə olunaraq sağalıb

Operativ Qərargah məlumat yaydı - Yoluxma ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 99 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 899, bu günə qədər isə ümumilikdə 6 934 154 test icra olunub.