Bakı 3˚C Mostly cloudy

Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO

Gündəm 11:13 12 apr, 2022

Ağdərə istiqamətində sepearatçılar 13 postdan sıxışdırılaraq çıxarılıblar

Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: <span style="color:red">13 post alındı / VİDEO</span>

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağın Ağdərə rayonundakı erməni silahlıları 13 postdan sıxışdırılaraq çıxarılıb.

Qazet.az xəbər verir ki, bu barədə Caliber.az saytının hazırladığı video sujetdə deyilir. Bildirilir ki, son aylar ərzində Ağdərə istiqamətində yalnız bir məntəqədən sepearatçılar 2020-ci ilin noyabrında tələsik tikdikləri 13 postdan sıxışdırılaraq çıxarılıblar.

Vəziyyəti şərh edən hərbi müxbir qeyd edir ki, son vaxtlara qədər erməni terrorçularının nəzarətində olan mövqelər hazırda Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və sepearatçılar bir neçə kilometr geri çəkilərək Rusiya sülhməramlılarının arxasında gizləniblər.

 

Hərbi ekspert onu da əlavə edib ki, proseslər bu istiqamətdə davam edərsə, sülhməramlılar erməni silahlılarının zərərsizləşdirilməsinə və Azərbaycan əsgərlərinin yeni mövqelərdə yerləşməsinə seyr etməkdə davam edəcəklər.