Bakı 14˚C Cloudy

Ötən il Azərbaycanda 100-dən çox yaşıllığın toxunulmaz qalmasına qərar verilib

Cəmiyyət 18:50 14 yan, 2022

Müvafiq qanunvericilikle ETSN-nin səlahiyyətlərinə aid edilmiş mal ve materialların idxal və ixracı üzrə 141 müraciətə baxılaraq cavablandırılması təmin edilib

Ötən il Azərbaycanda 100-dən çox yaşıllığın toxunulmaz qalmasına qərar verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə ötən il 8 162 korrespondensiya daxil olub, 10 917 ədəd məktub və sənəd icra olunub.

Agentlikdən Qazet.az-a verilən məlumata görə, onlardan ətraf mühitə təsir göstəricilərinə dair 420 ekoloji sənəd (atıla bilən tullantı haddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport vo invertarlaşma), atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə 113, su obyektilərindən xüsusi məqsədlər üçün istifadəyə dair 724 icazə sənədi verilib.

Eyni zamanda ekoloji ekspertizanin obyektlərinə aid edilən layihələr üzrə 471 (40 OMTQ sənədi) ekoloji ekspertiza rəyi; şəhərsalma ve tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərinə dair 11 (Baş Plan 6, erazilərin perspektiv müfossal inkişaf planı 5, tullantıların yerləşdirilməsi, basdırılması və emali üçün torpaq sahəlarinin ayrılması torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə dair 146 rəy verilib.

Bundan başqa, yaşıllıqların götürülməsinə dair 1 018 müraciətə müsbət rəy verilib, yaşıllıqların toxunulmaz qalmasına dair 106 müraciət cavablandırılıb, budama və digər məsələlərlə əlaqədar vətəndaşlara və təşkilatlara 1371, strukturdaxili qurumlara isə 845 mektub göndərilib.

Müvafiq qanunvericilikle ETSN-nin səlahiyyətlərinə aid edilmiş mal ve materialların idxal və ixracı üzrə 141 müraciətə baxılaraq cavablandırılması təmin edilib, radioaktiv və digər təhlükəli maddələrə nəzarətin təmin olunması ilə əlaqədar daxil olmuş Nazirlər Kabinetinin 14 tapşırığına baxılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq göstərişlər verilib.