Bakı 14˚C Sunny

Pakistanda hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Hadisə 18:49 06 dek, 2021

adisə  nəticəsində helikopterdə olan 2 pilotun həlak olduğu bildirilir.

Pakistanda hərbi helikopter qəzaya uğradı: <span style="color:red">Ölənlər var</span>

Pakistanın yüksək dağlıq bölgəsi olan Siaçin bölgəsində hərbi helikopter qəzaya uğrayıb. 

Qazet.az xəbər verir  ki, Pakistan ordusunun İctimaiyyətlə əlaqələr sektoru Siaçin bölgəsində orduya məxsus helikopterin qəzaya uğradığını açıqlayıb. Hadisə  nəticəsində helikopterdə olan 2 pilotun həlak olduğu bildirilir. 

Açıqlamada həmçinin axtarış-xilasetmə qruplarının bölgədə işlər apardığı qeyd edilib.  

Siaçin buzlaqı Karakoram dağlarının şərqində Pakistan, Hindistan və Çin arasında yerləşir .

Bununla yanaşı, Siaçin 1984-2003-cü illərdə Pakistan və Hindistan arasında münaqişələrə səhnə olduğu üçün" dünyanın ən yüksək döyüş meydanı" adlanır.

Mənbə