Pandemiya dövründə təhlükəsiz istirahət üçün Türkiyə yeni addımlar atıb - FOTO - VİDEO
Eksklüziv00:0014 fevral, 2021

Türkiyə dünyanın ilk nümunələrindən biri olan "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı" həyata keçirib

title
Bizi-da oxuyun

Dünyada COVID-19 pandemiyası bir çox sahələr kimi turizm sektoruna da ciddi təsir edib. 2 ilə yaxındır ki, əksər ölkələr turist qəbul etmir.

Qazet.az xəbər verir ki, dünyada sərt karantin tədbirlərinin alınması, sərhədlərin bağlanması, səyahət imkanlarının məhdudlaşdırılması bir çox ölkələrin milyardlar itirməsinə səbəb olub.

Sərhədlərini turistlərin üzünə açan ölkələr olsa da, bu zaman turist həyatının təhlükəsizliyini fikirləşir.

Bəs təhlükəsiz səfər edə biləcəyimiz hansı ölkə var?

Bu mövzuda siyahıya liderliyi Türkiyə edir desək, yanılmarıq. Ölkənin 2020-ci ildə, dünyada koronavirus infeksiyasına yoluxmanın "rekordlar" qırdığı məqamda 16 milyona yaxın turist qəbul etməsi də bunu təsdiqləyir.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərkibində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyindən Qazet.az-a verilən məlumata görə, ölkədə turizmi pandemiya şəraitində də təhlükəsiz olaraq davam etdirmək üçün yüksək standartlarda işlər həyata keçirilib. İnsanların evə qapandığı bir məqamda bu ölkədə təhlükəsiz istirahət etmək mümkündür.

Agentlikdən bildirilib ki, Türkiyə hökuməti bu mövzuda vacib addımlar atıb. Hava limanından hotellərə, tətil məkanlarına qədər bir çox yenilik tətbiq edilib.

Bu yeniliklər "Türkiyənin Təhlükəsiz Turizm Sertifikat Proqramı"nda öz əksini tapıb.

Dünyanın ilk nümunələrindən biri olan "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı" Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında, Səhiyyə, Nəqliyyat, Daxili İşlər və Xarici İşlər nazirliklərinin töhfələri ilə və hamı ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Turizm obyektlərinə yerləşdirmə, yemək və içki müəssisələri, tur və transfer vasitələri, konqres, incəsənət və dəniz turizminə ayrı-ayrı meyarlar çərçivəsində, beynəlxalq standartlara uyğun yoxlanaraq Təhlükəsiz Turizm Sertifikatı verilir.

Sertifikat verildikdən sonra isə gizli yoxlamalar aparılır ki, bu da hotellərin və turizm obyektlərinin qaydalara uyğun olaraq işləməsi üçün zəmin yaradır.

Turizm obyektlərində çalışanların hər gün COVID-19 testi verməsi, ünsiyyətdə sosial məsafənin gözlənilməsi, "açıq masa" tipli qidalanmanın ləğv edilməsi, əyləncə mərkəzlərində məhdud sayda insanların yığılışması təhlükəsizlik tədbirlərinin önündə gəlir.

Qeyd edək ki, Türkiyəyə səfər etmək istəyən turistlər görülən təhlükəsizlik tədbirlərinə rəğmən əvvəlki illərdən fərqli olaraq yüksək məbləğdə xərc çəkmir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax