Bakı 17˚C Sunny

Pandemiyanın yeni dalğas başlayıb - Beşinci doza isə...

Gündəm 14:12 04 iyl, 2022

"Pfizer" şirkətinin baş direktoru bildirib

Pandemiyanın yeni dalğas başlayıb - Beşinci doza isə...

"Dünyada koronavirusun yayılmasının yeni dalğası artıq başlayıb, lakin hələ ki insanlar dərmanlar sayəsində adi həyat tərzinə təhlükəsiz şəkildə əməl edə bilirlər".

Qazet.az xəbər verir ki, bu barədə "Pfizer" şirkətinin baş direktoru Albert Burla İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində deyib.

İnsanlara indidən koronavirusa qarşı peyvəndinin beşinci dozasını almağı tövsiyə edə bilərmi sualına cavab verən Burla, artıq pandemiyanın yeni dalğasından danışa biləcəyimizi, lakin hər ölkənin peyvəndlə bağlı öz tövsiyələrinin olduğunu vurğulayıb.