Bakı 22˚C Mostly sunny

Paraqvayda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Gündəm 10:12 26 noy, 2021

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Paraqvayda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 hərbçi həlak olub.

Helikopterin göyərtəsində dörd hərbçi olub. Sağ qalan yaralı mexanik xəstəxanaya aparılıb. Onun vəziyyəti kritik qiymətləndirilir.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.