Bakı 25˚C Sunny

Parlamentdə İlham Əliyevin ali orden və rütbə ilə təltif olunması təklif olundu

Gündəm 15:18 30 sen, 2021

“Təklif edirəm ki, bununla bağlı qanun layihəsi hazırlansın” 

Parlamentdə İlham Əliyevin ali orden və rütbə ilə təltif olunması təklif olundu

Milli Məclisin deputatı Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında təkliflə çıxış edib.

Qazet.az xəbər verir ki, deputat Ali Baş Komandan İlham Əliyevin ali orden və ali rütbə ilə təltif edilməsi məsələsinə Milli Məclis tərəfindən baxılmalı olduğunu bildirib:

"Təklif edirəm ki, bununla bağlı qanun layihəsi hazırlansın və payız sessiyasının qanunvericilik işləri planına salınsın"