Bakı 15˚C Mostly sunny

Paşinyan: Son döyüşdə əsir düşənlərimiz çoxdur

Gündəm 02:11 24 noy, 2021

“Onlardan bəziləri “həlak olmuş” sayılır"

Paşinyan: Son döyüşdə əsir düşənlərimiz çoxdur

16 noyabr döyüşlərində Azərbaycanın 32 erməni əsgəri əsir götürdüyü bildirilir. Bu məlumat dəqiqləşdirilir.

Qazet.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bilmirəm mən bu sözü işlədə bilərəm, ya yox, mənim tərəfimdən bu, doğru deyil, ancaq deyəcəyəm: “təsdiqlənməmiş məlumata” görə 32 hərbçi əsir götürülüb”.

O, bir daha qeyd edib ki, əsirlərin sayı daha çoxdur:

“Onlardan bəziləri “həlak olmuş” sayılır. İtkilər belədir: 6 ölü və 24+8 əsir. Ancaq rəqəmlər dəqiqləşmə tələb edir”.

Qeyd edək ki, bundan öncə Ermənistan MN 1 ölü, 24 itkin, 13 əsir olduğunu açıqlamışdı. İtkinlərdən bəzilərinin meyiti artıq erməni tərəfinə qaytarılıb.