Görüşdə hər hansı bir statusdan söhbət getməyib və Azərbaycan ermənilərə təhlükəsizlik vəd edir
“Bu görüş ötən ay əldə olunan razılaşmaların Ermənistan tərəfindən əməl edilməməsinə və prosesdə Moskvanın pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlib”.
Qazet.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş görüşündən danışarkən bildirib. Politoloq xatırladıb ki, Kreml məhz Ermənistana təzyiqlər edərək əldə olunan razılaşmaları pozub və öz vasitəçiliyinin prioritet olaraq qalmasında israr edib:
“Brüsseldə yenidən razılaşma əldə olundu. Bu görüş də məhsuldar və davamlılığı qorumaq kontekstində irəliləyişə söykənəcək. Azərbaycan bu razılaşmalara əvvəlki kimi sadiqdir, amma Ermənistan tərəfinin buna gedəcəyi polemika olaraq qalır. İlk növbədə razılaşmaya uyğun olaraq, Azərbaycan tərəfinin bir neçə erməni məhbusu qarşı tərəfə təhvil verməsi mümkündür. Bundan sonra dövlət sərhədində ikitərəfli komissiyanın üzvləri görüşə bilər. Rusiyanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvada birgə görüş üçün dəvət etməsi realdır. Bununla çalışacaq ki, sərhəd komissiyasında Rusiya öz nümayəndəsi ilə iştirak etsin”.
Müsahibimiz qeyd edib ki, görüşdə hər hansı bir statusdan söhbət getməyib və Azərbaycan ermənilərə təhlükəsizlik vəd edir:
“Ermənistan üçün Moskvadan gözlənilən təzyiqlər var. Qəti şəkildə Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh müqaviləsinin bağlanmasına dözümlü yanaşmayacaq. Qarabağda Rusiya məhz silahlı erməni birləşmələrinin əli ilə provakasiya təşkil edə bilər. Bu baş verərsə, Azərbaycan tərəfi yeni mövqelər əldə edəcək və ərazilərə nəzarəti bərpa edəcək. Təbii ki, bu da sülh prosesinə zərbə vurmayacaq. Çünki Ermənistan hakimiyyəti məsələyə Qarabağsız baxır. Brüssel görüşü davamlı olacaq. Amma sülh müqaviləsinin bağlanması bu il ərzində mümkün deyil. Əgər, Azərbaycan və Ermənistan arasında yaxınlaşma olarsa, İrəvanda silahlı qruplar ortaya çıxa bilər. Paşinyan xalqın növbəti dəstəyi ilə bu problemi də həll edəcək. Əsas məsələ Qarabağdakı separatçı qruplardır - onlar İrəvana tabe olmayacaq. Ümumiyyətlə, Paşinyan üçün geri sayım başlayır. Avropa İttifaqının vasitəçiliyini pozacaqsa, regionda izolyasiya olunacaq”.
102 yaşlı əkiz bacılar sağlamlığın sirrini açdı
Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR
Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirdi
Peyvənd olunanların sayı açıqlandı
Operativ Qərargah məlumat yaydı - Bu gün...
Ukraynada 4 rus agenti SAXLANILDI
Torpaq sürüşməsi nəticəsində 150-dən çox ev torpaq altında qalıb
Üçtərəfli anlaşmada diqqətdən qaçan məqam – Türkiyədən ilk həmlə gəldi
Roma Papası Rusiyanı imperializmdə ittiham etdi
İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir
Fikriniz
- Rəy yazın
- Rəylər
- 102 yaşlı əkiz bacılar sağlamlığın sirrini açdı
BBC bu barədə yazır
Lifestyle16:56 01.07.2022 - Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR
O, timsahla nikah masasına əyləşib
Dünya16:53 01.07.2022 - Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirdi
Müşavirə videokonfrans rejimində keçirilib
Dünya16:49 01.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Siyasət
Hamısına bax- XİN-dən Saakyanın fikirlərinə REAKSİYA
Həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür
Daxili siyasət15:47 29.06.2022 - Ərdoğanın sözçüsü: “Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olundu”
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib
Daxili siyasət11:06 27.06.2022
- İran səfirliyi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan ordusunu təbrik edib
Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək
Xarici siyasət17:18 26.06.2022 - Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək
Qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır
Xarici siyasət11:27 26.06.2022