Payızda hansı meyvələr faydalıdı ?
Yalnız son dərəcə dadlı deyil, həm də son dərəcə faydalı payız meyvələri
Sentyabr və Oktyabr ilin ən dadlı aylarıdır. Yeni məhsulun tərəvəzləri, meyvələri bütün yay günəşini udmuşdur və xüsusilə sağlam və dadlı olduqları halda, bu anda zövq almaq daha yaxşıdır.
Rasionunuza bu məhsulları əlavə etməklə siz orqanizminizi vitamin, mikroelement və makroelemetlərlə təmin etmiş olacaqsınız. Həm sağlamlıq, həm də əhval ruhiyyə baxımından çox xeyirlidir.
Alma
Ölkəmizdə ən çox yayılmış meyvələrdir. Payızda qırmızı, yaşıl və sarı rəngli almaları qabıqlı halda çox qəbul etmək tövsiyə olunur.
Sinir sistemini gücləndirmək və yaxşı yuxu üçün, halsızlıq, anemiya və ürək damar xəstəlikləri zamanı köməyimizə çatır. Alma dərini sağlamlaşdırır, həzmə kömək edir və görmə qabiliyyətini yaxşılaşdırır.
Alma bir çox vitamin ehtiva edir, antioksidantlarla zəngindir.
Balqabaq
Həm tərəvəz, həm də meyvə sayılan bu məhsul ən müalicəvi təbii nemətlədən biridir. Vitamin, mineral anbarı sayılan balqabaq hüceyrələrin yenilənməsi üçün əvəzsiz məhsullardan biridir. Tərkibində dəmirin çoxluğuna əsasən tərəvəzlər arasında lider olan bu məhsul, B, C, E, D, PP vitaminləri və həmçinin orqanizmdə mübadilə prosesslərinə təsir edən çox nadir T vitamini ilə zəngindir. Balqabaq, pektin telləri sayəsində orqanizmdən artıq xolesterini, toksin və şlakları çıxarma gücünə malikdir.
Nar
Bu meyvə bizi payız və qışda viruslardan qorumaq üçün qalxan rolunu oynayır. Narın tərkibi kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, C vitaminləri ilə zəngindir. Tərkibindəki kalium və natrium bədənimizin su balansını qoruyur, kalium həm də yığılmış artıq mayeni və ödemləri xaric edir, ürək, qan-damar sistemini qüvvətləndirir, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradır.
Əncir
Əncir mövsümü yayın sonlarında başa çatsa da, payızda ən çox onun qurusu və ya əncirdən hazırlanan mürəbbədən istifadə olunur. Onlar da təbii şəfa mənbəyi sayılır.
Naringi
Bu meyvə payız-qış mövsümünün simvollarından biri hesab olunur. C vitamini ilə zəngin olan narıngi viruslardan qorunmaq, immuniteti möhkəmləndirmək üçün ən yaxşı təbii vasitələrdən birdir.
Moruq - orqanik turşular, efir yağları və vitaminlərin mənbəyi. Giləmeyvə kapilyarları möhkəmləndirir və iltihab xəstəlikləri ilə mübarizədə kömək edir.
Qreyfrut
Eyni sözləri bu meyvə haqqında da demək olar. Dadı şirin, xoşagələn olmasa da, orqanizmin immun sisiteminin möhkəmlənməsi üçün ən çox tövsiyə olunan məhsuallardan biridir. Artıq çəkidən qurtulmaq istəyənlər üçün də qreyfrut ideal məhsul sayılır.
Zoğal
Yayın sonlarında yetişən zoğal payız-qış mövsümü üçün qurudulur, eləcə də mürəbbə, kompot tədarükü görülür. Zoğal qripin, soyuqdəymənin dərmanıdır, onun mürəbbəsinin hər evdə olması tövsiyə edilir. Zoğal həm də sidik yolu infeksiyaları üçün çox faydalı sayılır.
Xurma
Xurmanın bir porsiyonunda yüzdə 55 A vitamini, 6 qram lif, yüzdə 30 maqnezium və yalnız 118 kalori var. Payız mövsümünün ən faydalı meyvələrdən biri də xurmadır. Beyini gücləndirir. Xurmada olan fosfor, beyinin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan aparır. Xurmanın sakitləşdirici xüsusiyyəti var. Xurmadakı B1 və B2 vitaminləri zehni və sinir sistemini sakitləşdirir.
Heyva
Payızı heyvasız təsəvvür etmək mümkün deyil. Heyvanın tərkibində bol C vitamini var. Heyva həm də immunitet sisteminizi gücləndirərək allergik reaksiyaları aradan qaldırmağa kömək edir. Şişkinliyə və bədəndə su yığılmasına qarşı əla bitki mənşəli vasitədir. Payızda ondan həm təzə halda, həm də mürəbbə, cem, kompot kimi yararlanmaq lazımdır.
Kivi
Tropik meyvə olan kiviyə ilin bütün fəsillərində rast gəlinsə də, yüksək səviyyədə C, K və E vitaminləri, liflə zəngin olan bu meyvənin payızda da qəbul olunması çox faydalı sayılır.
Armud
Təbii enerji mənbəyi. Yorğunluq və depressiya ilə mübarizədə kömək edir. Armudun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var.