Bakı 14˚C Cloudy

Pentagon rəhbəri: “ABŞ Gürcüstana müdafiə qabiliyyətini artırmağa dəstək verməyə qərarlıdır”

Siyasət 11:23 18 okt, 2021

“ABŞ Gürcüstana müdafiə qabiliyyətini artırmağa və avroatlantik intqrasiyasına dəstək verməyə qərarlıdır"

Pentagon rəhbəri: “ABŞ Gürcüstana müdafiə qabiliyyətini artırmağa dəstək verməyə qərarlıdır”

ABŞ-ın müdafiə naziri Lloyd Austin Gürcüstana səfər edib.

Qazet.az xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.

“ABŞ Gürcüstana müdafiə qabiliyyətini artırmağa və avroatlantik intqrasiyasına dəstək verməyə qərarlıdır. Burada görüşlərimi səbirsizliklə gözləyirəm”, - o qeyd edib.

L.Austin səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşəcək. Tərəflər ABŞ-Gürcüstan əməkdaşlığı, qlobal təhlükəsizlik və regional məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Pentaqon rəhbəri Gürcüstandan sonra Ukraynaya səfərə yollanacaq.